Azərbaycanda minik avtomobilləri ucuzlaşıb

Biznes
  • 14 oktyabr, 2017
  • 12:42
Azərbaycanda minik avtomobilləri ucuzlaşıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycanda minik avtomobillərinin qiyməti avqust ayı ilə müqayisədə orta hesabla 5,5% azalıb. Bu ilin yanvar-sentyabr aylarında maşınlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 8,7% bahalaşıb.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ay minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,2%, illik müqayisədə isə 12,9% bahalaşıb. Ölkədə satılan velosipedlərin qiyməti isə aylıq 0,7%, illik isə 14,5% artıb.