Azərbaycanda kameral və səyyar vergi yoxlamalarının aparılması qaydası dəyişib

Biznes
  • 19 oktyabr, 2023
  • 11:23
Azərbaycanda kameral və səyyar vergi yoxlamalarının aparılması qaydası dəyişib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral vergi yoxlamaları aparılarkən gəlir və mənfəət, eləcə də xüsusi rejimli müəssisələrin mənfəət vergisi ödəyiciləri üzrə risk meyarlarında dəyişiklik edib. Belə ki, hər 3 verginin ödəyiciləri üzrə risklər müəyyən edilərkən alınmış kreditlərin faizləri ilə yanaşı, müqavilədə göstərilən digər ödənişlərin də xərclərə aid edilməsinin düzgünlüyü araşdırılacaq.

Bundan başqa, səyyar vergi yoxlamaları zamanı da fazilərlə yanaşı, müqavilədə göstərilən digər ödənişlərin müqavilə şərtlərinə uyğunluğu yoxlanacaq.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

44 filmi