Azərbaycanda İKT sektorunda məhsul istehsalı 6 %-ə yaxın artıb

Biznes
  • 18 fevral, 2025
  • 06:38
Azərbaycanda İKT sektorunda məhsul istehsalı 6 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 174,5 milyon manatlıq məhsul istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Hesabat ayında sektorun ÜDM-də payı 1,9 % təşkil edib.

2024-cü ildə Azərbaycanda İKT sektorunda 2 milyard 399,5 milyon manatlıq məhsul istehsal edilib ki, 2023-cü ilə nisbətən 11,4 % çoxdur.