Azərbaycanda ictimai iaşə dövriyyəsi 14 % artıb
Biznes
- 15 avqust, 2025
- 15:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 495,9 milyon manat olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14 % çoxdur.
7 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artaraq 757,7 milyon manat olub.
Son xəbərlər
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol