Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri artıb, həcmi azalıb
Biznes
- 31 oktyabr, 2023
- 06:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyard 370 milyon 884 min ABŞ dolları dəyərində 76 min 449 ton yük daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən dəyər baxımından 9,6 % çox, həcm baxımından isə 16,5 % azdır.
Hesabat dövründə hava nəqliyyatı ilə 240 milyon 222 min ABŞ dolları dəyərində 67 min 300 ton yük ixrac olunub. Son 1 ildə ixracın dəyəri 10 %, həcmi isə 25 % azalıb.
9 ay ərzində Azərbaycana hava nəqliyyatı ilə idxal olunan yüklərin dəyəri 1 milyard 130 milyon 656 min ABŞ dolları, həcmi 9 149 ton olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 14,2 % və 19,4 % çoxdur.
Son xəbərlər
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Maliyyə
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:44
Foto
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərdi
09:38
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Region
09:37
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
09:35
EHF Avropa Kuboku: "Kür" komandası bu gün cavab matçına çıxacaq
Komanda