Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri artıb

Biznes
  • 29 yanvar, 2024
  • 07:51
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri artıb

Ötən ildə Azərbaycanda hava nəqliyyatı ilə 99 min 663 ton həcmində yük daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 35 % azdır.

Qeyd edilən dövrdə hava nəqliyyatı vasitəsilə 1 milyard 914 milyon 560 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da 2022-ci ilə nisbətən 6 % çoxdur.

Ötən il hava nəqliyyatı ilə 340 milyon 317 min ABŞ dolları (12 % az) dəyərində 86 min 779 ton (43 % az) ixrac, 1 milyard 574 milyon 242 min ABŞ dolları (11 % çox) dəyərində 12 min 883 ton (25 % çox) idxal əməliyyatları həyata keçirilib.

44 - Tezliklə