Azərbaycanda güzəştli biznes kreditləri verən maliyyə qurumlarının renkinqi açıqlanıb

Biznes
  • 24 yanvar, 2024
  • 13:10
Azərbaycanda güzəştli biznes kreditləri verən maliyyə qurumlarının renkinqi açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ötən il ən çox kredit vermiş müvəkkil maliyyə qurumlarının renkinqini açıqlayıb.

Fonddan "Report"a verilən məlumata görə, il ərzində güzəştli kreditlərin sayına görə "Bank Respublika", "Rabitəbank", "Aqrarkredit" bank olmayan kredit təşkilatı (BOKT), "AccessBank" və "Yelo Bank" fərqlənib.

Güzəştli kreditlərin məbləğinə görə isə "Bank Respublika", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Rabitəbank" və "Express Bank" öndə olub.

Sahibkarlar güzəştli kreditlərdən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Onların tam siyahısı edf.gov.az saytında yerləşdirilib.