Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

Biznes
  • 04 mart, 2022
  • 13:03
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış "Bolkar", "Amonos", "Nigide", "Girisen" və "Bilicam" MMC-lər ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ilk 4 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, 15, 5-ci şirkətin kreditorları isə tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 181 A ünvanına bildirə bilərlər.

Şirkətlərin hamısı 2019-cu ildə, 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Onların hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 1, ev 6, qanuni təmsilçisi isə Rüstəm Vidadi oğlu İsmayılovdur.

44 - Tezliklə