Azərbaycanda elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən 10% vergi tutulacaq

Biznes
  • 14 dekabr, 2016
  • 10:32
Azərbaycanda elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən 10% vergi tutulacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycandakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10%-i miqdarında ödəmə mənbəyində vergi tutacaq.

"Report"un verdyi xəbərə görə, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik layihəsinin 125.1-ci maddəsinə 1-ci maddə əlavə edilir.

Qeyd edək ki, qanun layihəsi bu gün MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub.

Xatırladaq ki, Məcəlləyə ümumilikdə 201 dəyişikliyin edilməsu nəzərdə tutulur. Bu, inzibati təkmilləşdirmə, uçot sistemi, vergi-hüquq qanunvericiliyi, vergi yükünün azaldılması və s. məsələləri əhatə edir. 

44 filmi