Azərbaycanda əhalinin geyim və ayaqqabılara xərci 4 %-ə yaxın artıb
- 12 aprel, 2025
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 174,9 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ilk rübü ilə müqayisədə 3,8 % çoxdur.
Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 14,9 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.