Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2,5 dəfə artıb

Biznes
  • 29 dekabr, 2023
  • 07:59
Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2,5 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 777 milyon 416 min ABŞ dolları dəyərində 2 milyon 425 min 280 ton yük daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 38,5 % və 2,5 dəfə çoxdur.

Həmçinin cari ilin 11 ayında dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 74 min 139 ton (33,9 % artım), dəyəri 168 milyon 456 min ABŞ dolları (2,8 dəfə çox).

Hesabat dövründə 1 milyard 608 milyon 959 min ABŞ dolları (35,7 % artım) dəyərində 2 milyon 351 min 141 ton (2,6 dəfə çox) yük idxal edilib.

44 filmi