Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 3 dəfə artıb

Biznes
  • 31 oktyabr, 2023
  • 08:18
Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 409 milyon 120 min ABŞ dolları dəyərində 2 milyon 25 min 985 ton yük daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən dəyər baxımından 39,5 %, həcm baxımından isə 3,1 dəfə çoxdur.

Həmçinin cari ilin 9 ayında dəniz nəqliyyatı ilə 131 milyon 999 min ABŞ dolları (2,9 dəfə çox) dəyərində 62 min 314 ton (32 % çox) yük ixrac, 1 milyard 277 milyon 121 min ABŞ dolları (37 % çox) dəyərində 1 milyon 963 min 670 ton (3,3 dəfə çox) yük idxal olunub.

44 - Tezliklə