Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 % azalıb
- 19 noyabr, 2025
- 16:13
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 300 073 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 614-ü (19,2 %) ilkin, 242 459-u (80,7 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 11,9 % çox və 4,9 % azdır.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 58 587, mənzil üzərində 78 092, torpaq sahəsi 152 521, qeyri-yaşayış binası üzərində 2 592, qeyri-yaşayış sahəsi üzərində 7 564, əmlak kompleksi üzrə 616, çoxmərtəbəli yaşayış binası üzərində 98 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84 431-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Son 1 ildə tərtb olunmuş texniki pasportların sayı 7,2 % azalaraq 214 701, qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 17,4 % azalaraq 51 753 olub.