Azərbaycanda “Crocus” brendi altında fəaliyyət göstərən 3 şirkət ləğv edilir
- 27 fevral, 2025
- 14:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış "Crocus İnteriors", "Krokus Azərbaycan" və "Crocus Audit" MMC-lər ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, kreditorlar tələblərini 2 ay ərzində ilk 2 şirkət üzrə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 5, sonuncu şirkət üzrə isə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu küçəsi, ev 32A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Crocus İnteriors" 2009-cu ildə, "Krokus Azərbaycan" 2007-ci ildə, "Crocus Audit" isə 2015-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 60 manat, 50 manat və 500 manatdır.
"Crocus İnteriors" və "Krokus Azərbaycan"nın qanuni təmsilçisi Cəmilə Teymur qızı Ağalarova, "Crocus Audit"in isə Nurlan Ziyyədin oğlu Orucovdur. Şirkətlər Araz Ağalarovun Rusiyadakı “Crocus Group”un strukturuna daxildir.