Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılır
- 18 mart, 2026
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dongfeng-İmprotex AZ Agro" MMC-ni dövlət qeydiyyatına alıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı "Improtex" şirkəti ilə eyni - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 15-ci km, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Çin vətəndaşı Vang Veıjundur.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə etdiyi dövlət səfəri zamanı "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni şirkətin yaradılması Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılmasından xəbər verir.