Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6 %-dən çox artıb

Biznes
  • 07 sentyabr, 2026
  • 16:05
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 % artaraq 895 263 təşkil edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yanvar-avqust aylarında ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,2 % artaraq 62 104 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 5,5 % artımla 245 650 təşkil edib.