Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes
- 12 aprel, 2023
- 13:16
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
"Report" quruma istinadən xəbər verir ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 71 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Toyota Camry” markalı avtomobilin start qiyməti 9 000 manat olsa da, ən son təklif 15 000 manat olub. Start qiyməti 7 500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi isə 14 500 manata özəlləşdirilib.
Satılan əmlaklar üzrə dövlət büdcəsinə 186 740 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/347gun linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərrac aprelin 18-də keçiriləcək.
Son xəbərlər
11:32
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
Hadisə11:28
Foto
Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərilib
Energetika11:28
AMADA-nın diskvalifikasiya etdiyi Fazilə İmanova 2026-cı ildə milliyə dəvət olunmayıb
Fərdi11:27
Anar Axundov: Azad edilmiş ərazilərə investisiya üçün minatəmizləmə prosesi həlledici əhəmiyyət daşıyır
Digər11:26
Foto
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
Sosial müdafiə11:24
Avqustda Bakıda havanın temperaturu 27 gün normadan yuxarı olub
Ekologiya11:24
BMT nümayəndəsi: Süni intellekt minatəmizləmə fəaliyyətinə kömək etsə də, insan əməyini əvəz etmir
Xarici siyasət11:22
"Finans Kredit" BOKT yeni təsisçi cəlb edib
Maliyyə11:21
Foto