Azərbaycanda 131 min manatlıq Cek Pot udulub

Biznes
  • 12 noyabr, 2019
  • 07:29
Azərbaycanda 131 min manatlıq Cek Pot udulub

Noyabrın 11-də İqtisadiyyat Nazirliyinə məxsis “Azərlotereya” ASC-nin təşkil etdiyi 6/40 lotereyasının 2 464-cü tirajında 131 317 manatlıq Cek Pot udulub.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, pul mükafatını 500 170 nömrəli bilet qazanıb.