Azərbaycanda 10 ayda vergi ödəyicilərinə 740 mindən çox xidmət göstərilib

Biznes
  • 18 noyabr, 2022
  • 12:16
Azərbaycanda 10 ayda vergi ödəyicilərinə 740 mindən çox xidmət göstərilib
Report

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 391 367 şəxs qəbul edilib, onlara 740 102 xidmət göstərilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, bu xidmətlər, əsasən, vergi qanunvericiliyi, sığorta haqlarının hesablanması və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, qeydiyyat-uçot xidmətləri, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə, parol, "ASAN İmza" sertifikatlarının verilməsi və digər məsələlərlə bağlı olub.

10 ay ərzində vergi ödəyicilərinə xidmət strukturları 3 761 ödəyicinin iştirakı ilə 228 görüş keçirib. Vergi ödəyicilərindən daxil olmuş 14 mindən çox yazılı müraciət cavablandırılıb, onların faktiki fəaliyyət göstərdiyi yerlərdə 5 516 ünvanlı xidmət göstərilib. Hesabat dövründə vergi ödəyicilərinə 10 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 734 minə yaxın SMS göndərilib.

2022-ci ilin 10 ayında vergi ödəyicilərinin müraciəti üzrə, o cümlədən elektron qaydada 278 950 "ASAN İmza" sertifikatı verilib.

44 - Tezliklə