Azərbaycana səkkiz ölkədən sistern idxalı bərpa edilib

Biznes
  • 08 mart, 2023
  • 11:35
Azərbaycana səkkiz ölkədən sistern idxalı bərpa edilib

2022-ci ildə Azərbaycana 35,3 milyon ABŞ dolları dəyərində 3 min 357 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 97 %, kəmiyyət olaraq – 90 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 26 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 2 min 623 ədəd (+2,1 dəfə), Polşadan 2,5 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 257 ədəd (+2,2 dəfə), Türkiyədən 2,4 milyon ABŞ dolları dəyərində (-6 %) 171 ədəd (-14 %), Belçikadan 822 min ABŞ dolları dəyərində (+14 dəfə) 26 ədəd (+4,3 dəfə), Fransadan 816 min ABŞ dolları dəyərində (+56 %) 84 ədəd (+47,3 %) məhsul alıb.

Azərbaycana Avstraliyadan (7 min ABŞ dolları dəyərində 1 ədəd), Amerika Birləşmiş Ştatlarından (288 min ABŞ dolları dəyərində 7 ədəd), Braziliyadan (14 min ABŞ dolları dəyərində 1 ədəd), Belarusdan (208 min ABŞ dolları dəyərində 10 ədəd), Koreyadan (8,5 min ABŞ dolları dəyərində 1 ədəd), Latviyadan (9 min ABŞ dolları dəyərində 1 ədəd), Litvadan (53 min ABŞ dolları dəyərində 4 ədəd) və Sloveniyadan (1 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksikadan (13 min ABŞ dolları dəyərində 1 ədəd) və Sinqapurdan (17 min ABŞ dolları dəyərində 1 ədəd) idxal həyata keçirilib.