Azərbaycana iki ölkədən mixək idxalı bərpa edilib

Biznes
  • 30 noyabr, 2022
  • 12:46
Azərbaycana iki ölkədən mixək idxalı bərpa edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 514 min ABŞ dolları dəyərində 69,8 ton mixək gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə İndoneziyadan 245 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 98 % çoxdur) 30,9 ton (+67 %), Madaqaskardan 115 min ABŞ dolları dəyərində (+31 dəfə) 16,1 ton (+95 dəfə), Türkiyədən 88 min ABŞ dolları dəyərində (+42 %) 12,6 ton (+44,4 %), İrandan 46 min ABŞ dolları dəyərində (-61 %) 5,7 ton (-65 %), Hindistandan 18 min ABŞ dolları dəyərində (+29 %) 4,4 ton (+2,8 dəfə) məhsul idxal edilib.

Dörd il 10 aylıq fasilənin ardından İspaniyadan, 1 il 6 aylıq aradan sonra Almaniyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,4 min ABŞ dolları dəyərində 0,01 ton və 0,02 min ABŞ dolları dəyərində 0,01 ton mixək alınıb.

44 - Tezliklə