Azərbaycana iki ölkədən buldozer idxalı bərpa edilib

Biznes
  • 17 yanvar, 2023
  • 10:42
Azərbaycana iki ölkədən buldozer idxalı bərpa edilib

Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 13,142 milyon ABŞ dolları dəyərində 88 ədəd buldozer gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 29 % çoxdur.

Hesabat dövründə Çindən 8,844 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 57 ədəd (+84 %), Braziliyadan 1,62 milyon ABŞ dolları dəyərində (+4,5 dəfə) 7 ədəd (+3,5 dəfə), Yaponiyadan 1,122 milyon ABŞ dolları dəyərində (-74 %) 12 ədəd (-25 %), Tailanddan 817,2 min ABŞ dolları dəyərində (+1,5 %) 4 ədəd (+33,3 %), Amerika Birləşmiş Ştatlarından 379,7 min ABŞ dolları dəyərində (-82 %) 2 ədəd (-81,8 %) texnika alınıb.

Altı il 8 ayın tamamında Almaniyadan, 6 il 5 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 65 min ABŞ dolları dəyərində 1 ədəd və 36,1 min ABŞ dolları dəyərində 1 ədəd buldozer idxal edilib.