Fransadan Azərbaycana divar kağızının idxalı bərpa edilib
- 27 oktyabr, 2022
- 07:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xaricdən 17,974 milyon ABŞ dolları dəyərində 5 min 411 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,6 %, kəmiyyət olaraq – 8,6 % azdır.
Hesabat dövründə Çindən 5,271 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 2 min 510 ton (+26 %), Rusiyadan 4,079 milyon ABŞ dolları dəyərində (-8 %) 845,65 ton (-26 %), Ukraynadan 3,933 milyon ABŞ dolları dəyərində (-42 %) 1 min 062 ton (-45 %), Belarusdan 2,03 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 447,15 ton (+85 %), Türkiyədən 1,04 milyon ABŞ dolları dəyərində (+19 %) 237,14 ton (-14 %) məhsul gətirilib.
Bir il 7 aylıq fasilənin ardından Fransadan tədarük bərpa edilib. Həmin ölkədən 0,49 min ABŞ dolları dəyərində 0,01 ton divar kağızı alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (15 ölkə) aldığı 9 min 989 ton divar kağızının 38 %-i Çinin, 30 %-i Ukraynanın, 18,3 %-i Rusiyanın payına düşüb.