Azərbaycana daha bir ölkədən odadavamlı sement idxalına başlanılıb
- 15 mart, 2023
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana xaricdən 9,3 milyon ABŞ dolları dəyərində 7 min 593 ton odadavamlı sement gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 6,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 % çoxdur) 5 min 723 ton (+32 %), Bolqarıstandan 600,8 min ABŞ dolları dəyərində 300 ton, Böyük Britaniyadan 377,43 min ABŞ dolları dəyərində (+53 %) 151,36 ton (+3,4 %), Polşadan 511 min ABŞ dolları dəyərində (+16,5 dəfə) 443 ton (+23 dəfə), Ukraynadan 239,22 min ABŞ dolları dəyərində (-68 %) 138 ton (-68 %) odadavamlı sement alıb.
Azərbaycana Belçikadan (0,82 min ABŞ dolları dəyərində 0,01 ton), Birləşmiş Ərəb Əmirliklərindən (34,33 min ABŞ dolları dəyərində 3,57 ton), Macarıstandan (64,14 min ABŞ dolları dəyərində 63 ton) və Bolqarıstandan tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən (8,71 min ABŞ dolları dəyərində 0,5 ton) idxal həyata keçirilib.