Azərbaycana daha bir ölkədən duz tədarükünə başlanıb

Biznes
  • 03 noyabr, 2022
  • 05:19
Azərbaycana daha bir ölkədən duz tədarükünə başlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,51 milyon ABŞ dolları dəyərində 14 min 732 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,3 %, kəmiyyət olaraq – 12,3 % çoxdur.

Hesabat dövründə Rusiyaya 880,15 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 10 min 034 ton (-7,2 %), Gürcüstana 619,4 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 4 min 616 ton (+2 dəfə), Ukraynaya 8,96 min ABŞ dolları dəyərində 59,7 ton, Latviyaya 1,42 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb) və Estoniyaya 0,19 min ABŞ dolları dəyərində 1,5 ton məhsul alıb.

İki il 4 aylıq fasilənin ardından Ukraynaya, 1 il 9 aylıq aradan sonra Estoniyaya tədarük bərpa edilib.

Hesabat dövründə xaricdən 837,15 min ABŞ dolları dəyərində (-29 %) 7 min 282 ton (-22 %) duz alınıb.

İrandan 401,33 min ABŞ dolları dəyərində (+63 %) 5 min 017 ton (+62,9 %), Rusiyadan 150,83 min ABŞ dolları dəyərində (-28,8 %) 944,52 ton (-37 %), Ukraynadan 132,1 min ABŞ dolları dəyərində (-78,5 %) 993 ton (-78 %), Türkiyədən 84,4 min ABŞ dolları dəyərində (-0,7 %) 240,55 ton (+13 %), Pakistandan 38,95 min ABŞ dolları dəyərində 49,79 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistandan tədarük həyata keçirilib. Həmin ölkədən 5,14 min ABŞ dolları dəyərində 19 ton duz idxal edilib.