Azərbaycana bir ölkədən küncüt yağı tədarükü bərpa edilib

Biznes
  • 16 yanvar, 2023
  • 13:14
Azərbaycana bir ölkədən küncüt yağı tədarükü bərpa edilib

2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 10,91 min ABŞ dolları dəyərində 1,55 ton küncüt yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53,2 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Çindən 3,59 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 0,67 ton (+20 %), Meksikadan 2,53 min ABŞ dolları dəyərində 0,2 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 2,46 min ABŞ dolları dəyərində (-20 %) 0,32 ton (-36 %), Türkiyədən 1,03 min ABŞ dolları dəyərində (+17 dəfə) 0,14 ton (+14 dəfə), Böyük Britaniyadan 0,77 min ABŞ dolları dəyərində (+64 %) 0,18 ton (+3,6 dəfə) məhsul alınıb.

Bir il 11 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib. Həmin ölkədən 0,15 min ABŞ dolları dəyərində 0,01 ton yağ idxal edilib.

44 - Tezliklə