Azərbaycana 4 ölkədən sistern tədarükü bərpa edilib

Biznes
  • 07 fevral, 2023
  • 13:28
Azərbaycana 4 ölkədən sistern tədarükü bərpa edilib

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 30,328 milyon ABŞ dolları dəyərində 2 min 882 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 93 %, kəmiyyət olaraq – 84 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 22,766 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 2 min 285 ədəd (+2 dəfə), Türkiyədən 2,1 milyon ABŞ dolları dəyərində (-14,4 %) 135 ədəd (-30 %), Polşadan 2 milyon ABŞ dolları dəyərində (+88 %) 210 ədəd (+94,4 %), Belçikadan 716,5 min ABŞ dolları dəyərində (+14 dəfə) 21 ədəd (+4,2 dəfə), Fransadan 715,4 min ABŞ dolları dəyərində (+66 %) 71 ədəd (+45 %) məhsul alıb.

Üç il 1 ayın tamamında Avstraliyadan, 2 il 11 aylıq aradan sonra Latviyadan, 2 il 9 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından və 1 il 7 aydan sonra Litvadan tədarük bərpa edilib. Azərbaycana həmin ölkələrdən müvafiq olaraq 7 min ABŞ dolları dəyərində 1 ədəd, 9 min ABŞ dolları dəyərində 1 ədəd, 280 min ABŞ dolları dəyərində 6 ədəd və 53 min ABŞ dolları dəyərində 4 ədəd sistern gətirilib.