Azərbaycana 3 ölkədən lift tədarükü bərpa edilib

Biznes
  • 17 yanvar, 2023
  • 13:24
Azərbaycana 3 ölkədən lift tədarükü bərpa edilib

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 18,691 milyon ABŞ dolları dəyərində 1 min 135 ədəd lift və skipli yük qaldırıcı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 29 % azdır.

Hesabat dövründə Çindən 12,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25,6 % azdır) 692 ədəd (-39 %), Türkiyədən 3,11 milyon ABŞ dolları dəyərində (+25 %) 317 ədəd (+55 %), Tailanddan 1,417 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 36 ədəd (+12 dəfə), Slovakiyadan 1,1 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 30 ədəd (-76 %), Koreyadan 449,03 min ABŞ dolları dəyərində (-17 %) 17 ədəd (-63 %) məhsul gətirilib.

Beş il 5 ayın tamamında İrandan, 1 il 10 aylıq fasilənin ardından Norveçdən və 1 il 4 aylıq ardan sonra İtaliyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 16 min ABŞ dolları dəyərində 1 ədəd, 13,2 min ABŞ dolları dəyərində 8 ədəd və 279,84 min ABŞ dolları dəyərində 2 ədəd lift və skipli yük qaldırıcı alınıb.