Azərbaycan Yunanıstana elektrik naqillərin satışını bərpa edib
- 12 avqust, 2025
- 16:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 7,4 milyon ABŞ dolları dəyərində 1 668 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan Fələstinə 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 dəfə çox) 530 ton (+5,6 dəfə), Gürcüstana 1,7 milyon ABŞ dolları dəyərində (-13 %) 500 ton (-15 %), Ukraynaya 1,6 milyon ABŞ dolları dəyərində (-6 %) 327 ton (-24 %), Rumıniyaya 1,4 milyon ABŞ dolları dəyərində 233 ton (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyaya 207 min ABŞ dolları dəyərində (+17 dəfə) 2,6 ton (+43 dəfə) məhsul satıb.
Azərbaycan 7 il 3 aylıq fasilənin ardından Yunanıstana (7,6 min ABŞ dolları dəyərində 0,33 ton) elektrik naqillərin tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 3 553 ton elektrik naqilin 49 %-i Gürcüstanın, 27 %-i Ukraynanın payına düşüb.