Azərbaycan yumurta ixracını 36 dəfə artırıb

Biznes
  • 06 iyul, 2023
  • 11:34
Azərbaycan yumurta ixracını 36 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 1,9 milyon ABŞ dolları dəyərində 26 milyon 73 min ədəd yumurta (inkubasiya üçün mayalanmış yumurtalardan başqa) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 dəfə, kəmiyyət olaraq – 36 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 977,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 dəfə çoxdur) 12 milyon 911 min ədəd (+18 dəfə), Qətərə 524,3 min ABŞ dolları dəyərində 7 milyon 419 min ədəd (bir il əvvəl tədarük olmayıb) və İraqa 402,7 min ABŞ dolları dəyərində 5 milyon 742 min ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 11,8 milyon ədəd yumurtanın 45,9 %-i İraqın, 36,6 %-i BƏƏ-nin payına düşüb.