Azərbaycan yerüstü nəqliyyat vasitələri idxalına çəkdiyi xərci 3 % artırıb

Biznes
  • 19 avqust, 2024
  • 12:27
Azərbaycan yerüstü nəqliyyat vasitələri idxalına çəkdiyi xərci 3 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 150,345 milyon ABŞ dolları dəyərində yerüstü nəqliyyat vasitələri (dəmiryolu və tramvay nəqliyyat vasitələri istisna olmaql), eləcə də onların hissələrini və ləvazimatlarını idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 82,155 milyon ABŞ dolları dəyərində yerüstü nəqliyyat vasitələri (dəmiryolu və tramvay nəqliyyat vasitələri istisna olmaql), eləcə də onların hissələrini və ləvazimatlarını ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 13,5 % azdır.

Sözügedən məhsulların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 10,8 %-ni, ixracından əldə olunan gəlir isə ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.

Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.

44 filmi