Azərbaycan Yeni Zelandiyadan qoyun ətinin idxalını kəskin artırıb

Biznes
  • 07 iyul, 2025
  • 16:40
Azərbaycan Yeni Zelandiyadan qoyun ətinin idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 211 min ABŞ dolları dəyərində 51,9 ton qoyun əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 57 % azdır.

Hesabat dövründə Azərbaycan Monqolustandan 207,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 57 % az) 51,8 ton (-57 %), Yeni Zelandiyadan 3,15 min ABŞ dolları dəyərində (+8 dəfə) 0,1 ton (+11 dəfə) və Avstraliyadan 0,5 min ABŞ dolları dəyərində (-50 %) 0,03 ton (-25 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.