Azərbaycan Yaponiyadan nişasta tədarük etməyə başlayıb
- 11 dekabr, 2024
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,21 milyon ABŞ dolları dəyərində 2 min 250 ton nişasta idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 709 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 1 min 546 ton (+47 %), Türkiyədən 224 min ABŞ dolları dəyərində (+79 %) 189 ton (+2,5 dəfə), Qazaxıstandan 219 min ABŞ dolları dəyərində (+12 %) 460 ton (+21 %), Polşa 26 min ABŞ dolları dəyərində (+130 dəfə) 21 ton (+210 dəfə), Belarusdan 19,7 min ABŞ dolları dəyərində (-38 %) 22,2 ton (-37 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan (0,14 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 2 min 165 ton nişastanın 62,8 %-i Rusiyanın, 24,9 %-i Qazaxıstanın, 6,6 %-i Türkiyənin payına düşüb.