Azərbaycan xurma ixracından gəlirlərini 2 %-dən çox artırıb
Biznes
- 28 fevral, 2022
- 11:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 17,1 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
İcmala görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 0,4 milyon ABŞ dolları və ya 2,4 % çoxdur.
2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk ayı ilə müqayisədə 86,2 milyon ABŞ dolları və ya 59 % artıb.
2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma ikinci yerdə qərarlaşıb.
Азербайджан увеличил доходы от экспорта хурмы более чем на 2%
Azerbaijan increases revenue from persimmon export by over 2%
Son xəbərlər
13:22
Foto
Bir sorğu, bir neçə təklif - 247 xidmət axtarışını necə asanlaşdırır?
İKT
12:49
Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub
Region
12:37
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Hadisə
12:34
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Futbol
12:32
Sabah rayonlarda 30 dərəcə isti olacaq, arabir yağış yağacaq
Ekologiya
12:23
BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib
Digər ölkələr
12:11
İran yeni əməliyyat planı hazırlayıb
Region
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr