Azərbaycan Xorvatiyaya aviayanacaq tədarükünü bərpa edib

Biznes
  • 12 mart, 2025
  • 13:10
Azərbaycan Xorvatiyaya aviayanacaq tədarükünü bərpa edib

2024-cü ildə Azərbaycan 68 milyon ABŞ dolları dəyərində 64 min 847 ton aviasiya yanacağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 40 % azdır.

Hesabat dövründə Azərbaycan Lüksemburqa 29,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % az) 33 min 872 ton (-17 %), Rusiyaya 12,7 milyon ABŞ dolları dəyərində (-29 %) 10 min 109 ton (-29 %), Türkiyəyə 7,1 milyon ABŞ dolları dəyərində (-52 %) 5 min 789 ton (-59 %), Macarıstana 6,2 milyon ABŞ dolları dəyərində (+50 %) 4 min 947 ton (+50 %), Almaniyaya 1,4 milyon ABŞ dolları dəyərində (-44 %) 1 min 108 ton (-44 %) yanacaq satıb.

Azərbaycan 3 il 1 aylıq fasilənin ardından Xorvatiyaya tədarükü (14 min ABŞ dolları dəyərində 10,4 ton) bərpa edib.