Azərbaycan xarici ölkələrlə avtomobil nəqliyyatı ilə yükdaşımaları artırıb
Biznes
- 20 iyul, 2023
- 11:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ölkələrlə avtomobil nəqliyyatı ilə yük dövriyyəsi il ərzində 8,9 % artaraq 2 milyon 588 min 448 ton təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yükün dəyəri 5 milyard 730 milyon 604 min ABŞ dolları olub. Bu isə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 % çoxdur.
O cümlədən, 6 ay ərzində avtomobil nəqliyyatı ilə 914 milyon 477 min ABŞ dolları dəyərində 996 min 617 ton yük ixrac olunub, 4 milyard 816 milyon 127 min ABŞ dolları dəyərində 1 milyon 591 min 830 ton yük idxal edilib.
Hesabat dövründə ixrac olunan yükün dəyəri 2,3 % azalıb, həcmi 7,5 % artıb. İdxal olunan yükün isə dəyəri 23,5 %, həcmi 9,8 % artıb.
Азербайджан увеличил грузооборот автомобильным транспортом с зарубежными странами
Azerbaijan increases cargo transportation with foreign countries by road
Son xəbərlər
12:16
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Xarici siyasət
12:16
Azərbaycanda token ödənişləri gələn ildən ani ödənişlər sistemi ilə aparılacaq
Maliyyə
12:15
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 10 %-ə yaxın artıb
Maliyyə
12:09
Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib
Maliyyə
12:05
"SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib
Energetika
12:01
Foto
"Wizz Air" Bakıdan Bratislavaya birbaşa uçuşlara başlayıb
İnfrastruktur
12:00
Milli Məclisdə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə edilir
Milli Məclis
11:59
AMB: Maliyyə Nazirliyinin not yerləşdirmələri pul siyasətinə təsir etmir
Maliyyə
11:57
Taleh Kazımov: "İstehlak kreditlərinin artımında risk görmürük"
Maliyyə