Azərbaycan Vyetnamdan krevet tədarükünü kəskin artırıb

Biznes
  • 30 oktyabr, 2023
  • 12:48
Azərbaycan Vyetnamdan krevet tədarükünü kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 1,24 milyon ABŞ dolları dəyərində 171 ton dəniz kreveti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 25 % azdır.

Hesabat dövründə Azərbaycan Hindistandan 562,52 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 74,54 ton (+62 %), Çindən 353,64 min ABŞ dolları dəyərində (-61 %) 66,3 ton (-49 %), Vyetnamdan 181 min ABŞ dolları dəyərində (+6,2 dəfə) 13,53 ton (+5,7 dəfə), Lüksemburqdan 74,45 min ABŞ dolları dəyərində (+22 %) 4,46 ton (+29 %), Rusiyadan 32,91 min ABŞ dolları dəyərində (-65 %) 8,1 ton (-34 %) krevet alıb.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilən 325 ton krevetin 46,8 %-i Çinin, 21,5 %-i Hindistanın, 8,3 %-i Qrenlandiyanın payına düşüb.