Azərbaycan vətəndaşları yanvarda Türkiyədə 50 mənzil alıb

Biznes
  • 14 fevral, 2025
  • 09:04
Azərbaycan vətəndaşları yanvarda Türkiyədə 50 mənzil alıb

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 50 mənzil alıblar.

Bu barədə “Report” Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk ayı ilə müqayisədə 2 mənzil və ya 3,8 % azdır.

Yanvarda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara 1 558 mənzil satılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 515 mənzil və ya 24,8 % azdır.

Yanvarda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 248 mənzil satılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 307 ədəd və ya 2,2 dəfə azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. İranlılara ötən ay bu ölkədə 162 mənzil satılıb ki, bu da illik müqayisədə 46 ədəd və ya 22,1 % azdır.

İlk 3-lüyü isə İraq qapadır. Yanvarda İraq vətəndaşları Türkiyədə 103 mənzilə sahib olublar. Bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 4 mənzil və ya 4,04 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.

44 filmi