Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 9 %-ə yaxın artırıb

Biznes
  • 13 noyabr, 2025
  • 13:24
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 9 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 741 mənzil alıblar.

Bu barədə "Report" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə olaraq 59 mənzil və ya 8,6 % çoxdur.

Təkcə oktyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 96 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 18 mənzil və ya 23,1 % çoxdur.

Oktyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda bir pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Türkiyədə xarici vətəndaşlara 17 161 mənzil satılıb. Bu, 2024-cü eyni dövrü ilə müqayisədə 2 214 mənzil və ya 11,4 % azdır.

Təkcə oktyabrda isə xaricilər Türkiyədə 2 123 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 9 mənzil və ya 0,4 % azdır.

Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 10 ay ərzində 2 835 mənzil satılıb. Bu, ötən ilin ilk 10 ayı ilə müqayisədə 1 173 ədəd və ya 29,3 % azdır.

Təkcə oktyabrda isə rusiyalılar Türkiyədə 315 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 58 ədəd və ya 15,5 % azdır.

Növbəti yeri Almaniya vətəndaşları tutublar. Almanlar bu siyahıda keçən ay ikinci olan İranı qabaqlayıblar. Belə ki, bu ilin 10 ayında onlar bu ölkədə 1 120 mənzil satılıb ki, bu da illik müqayisədə 78 ədəd və ya 7,5 % çoxdur. Oktyabrda isə iranlılara 191 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 64 mənzil və ya 50,4 % çoxdur.

Ötən ay üçüncü yerdə İran vətəndaşları qərarlaşıblar. Belə ki, yanvar-oktyabr aylarında İran vətəndaşları Türkiyədə 1 499 mənzil sahib olublar. Bu da 2024-cü ilin 10 ayı ilə müqayisədə 228 mənzil və ya 13,2 % azdır. Ötən ay isə iranlılar Türkiyədə 172 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə eynidir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti