Azərbaycan və Səudiyyə Ərəbistanı arasında çərçivə əməkdaşlığı proqramı imzalanıb - YENİLƏNİB

Biznes
  • 04 mart, 2019
  • 09:00
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında çərçivə əməkdaşlığı proqramı imzalanıb - YENİLƏNİB

İlk xəbər 12:40-a verilib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı proqramının imzalanması baş tutub.

“Report” xəbər verir ki, müqaviləni İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər imzalayıblar.

***

Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində protokol imzalanıb.

 Müqaviləni maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər imzalayıb.