İqtisadiyyat nazirinin müavini: “İndiyə qədər Azərbaycan və Rusiya arasında 200-dən çox sənəd imzalanıb”

Biznes
  • 09 dekabr, 2019
  • 09:33
İqtisadiyyat nazirinin müavini: “İndiyə qədər Azərbaycan və Rusiya arasında 200-dən çox sənəd imzalanıb”
Niyazi Səfərov
Report / Firi Salim

“Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur”.

“Report” xəbər verir ki bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iqtisadyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, indiyə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.

“Azərbaycan Rusiyanın regionda ən mühüm ticarət tərəfdaşıdır. Rusiyanın Cənubi Qafqaz regionu üzrə ticarət əməliyyatlarının 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında ticarət əlaqələri gündən-günə inkişaf edir. Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə I yerdə qərarlaşıb”, - N.Səfərov qeyd edib. 

44 - Tezliklə