Azərbaycan və İsveçrə metrologiya sahəsində əməkdaşlığa dair saziş imzalayıb

Biznes
  • 31 oktyabr, 2025
  • 15:45
Azərbaycan və İsveçrə metrologiya sahəsində əməkdaşlığa dair saziş imzalayıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə İsveçrə Federal Metrologiya İnstitutu (Federal Institute of Metrology - METAS) arasında elmi və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Saziş imzalanıb.

"Report" AzMİ-yə istinadən xəbər verir ki, sazişə əsasən AzMİ və METAS arasında nəzəri və praktiki təcrübə mübadiləsi, ölçmələrin dəqiqliyinin artırılması və beynəlxalq tanınmanın möhkəmləndirilməsinə, eləcə də əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə xidmət edən birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat və innovasiya layihələrinin icrası planlaşdırılır.

Bundan əlavə, sənəd seminar və təlim proqramlarının təşkilini, laboratoriyalararası tutuşdurmaların keçirilməsini, habelə qanunverici və sənaye metrologiyası sahəsində birgə fəaliyyətləri də əhatə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti