Azərbaycan və İran gömrük xidmətləri məlumat mübadiləsini gücləndirir

Biznes
  • 21 oktyabr, 2025
  • 15:04
Azərbaycan və İran gömrük xidmətləri məlumat mübadiləsini gücləndirir

Azərbaycan və İran gömrük xidmətləri iki ölkə arasında məlumat mübadiləsini gücləndirir.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu barədə müzakirələr komitə sədri Şahin Bağırov və İranın ölkəmizdəki səfiri Moctəba Dəmirçilu ilə keçirilən görüşdə aparılıb.

Məlumata görə, görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı münasibətlərdən, iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolundan bəhs edilib.

Həmçinin bir müddət bundan öncə Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan görüşdə müzakirə olunan gömrük məsələlərinə aid mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, beynəlxalq ticarətin və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti