Azərbaycan və Çin ticarət dövriyyəsini 22%-dən çox azaldıb
- 15 aprel, 2020
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan və Çin arasında ümumi dəyəri 423,9 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin I rübü ilə müqayisədə 120,6 min dollar və yaxud 22,15% azdır.
Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 6,2%-nə bərabər olub.
I rübdə Azərbaycanın Çinə ixracının dəyəri 70,9 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 201,9 min dollar və yaxud 3,85 dəfə azdır. Azərbaycanın Çindən idxalının dəyəri isə 353,078 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 81,32 min ABŞ dolları və ya 29,9% çoxdur.
Azərbaycanın Çinə ixracı ümumi ixracının 1,7%-nə, Çindən idxalı isə ümumi idxalının 13,4%-nə bərabər olub.