Azərbaycan və "Carlsberg Group" pivə sənayesində tənzimləmənin təkmilləşdirilməsini müzakirə edib
- 20 may, 2026
- 16:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və "Carlsberg Group" arasında pivə sənayesində tənzimləmənin təkmilləşdirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Carlsberg Group"un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşümüzdə şirkətin ölkəmizlə işbirliyi istiqamətlərini nəzərdən keçirdik. 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işləri, pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini, xammal və qablaşdırmanın lokallaşdırılmasını, eləcə də regionda yeni biznes imkanlarını qeyd etdik", - deyə o qeyd edib.
“Carlsberg Group”-un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşümüzdə şirkətin ölkəmizlə işbirliyi istiqamətlərini nəzərdən keçirdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 20, 2026
2025-2029-cu illər üzrə #AnlaşmaMemorandumu çərçivəsində görülən işləri, pivə… pic.twitter.com/jygEFhiy8o