Azərbaycan Ukraynaya vafli tədarükünü bərpa edib

Biznes
  • 30 iyun, 2025
  • 12:19
Azərbaycan Ukraynaya vafli tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,35 milyon ABŞ dolları dəyərində 601 ton vafli və vafli həbləri ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,3 % çox, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 722 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 28 % çox) 349 ton (+22 %), Yəmənə 316 min ABŞ dolları dəyərində (-42 %) 126 ton (-45 %), İraqa 112 min ABŞ dolları dəyərində (-23 %) 49 ton (-28 %), İrana 47 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 22 ton (+2,3 dəfə), Ukraynaya 39,6 min ABŞ dolları dəyərində 12,2 ton məhsul satıb.

Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Ukraynaya vafli tədarükünü bərpa edib.

44 - Tezliklə