Azərbaycan Ukraynadan dəmir və polad çubuq idxalını bərpa edib
- 11 dekabr, 2024
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58,2 milyon ABŞ dolları dəyərində 82 min 299 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 75 %, kəmiyyət olaraq – 54 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 31,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 dəfə çox) 42 min 499 ton (15 dəfə çox), Rusiyadan 22,6 milyon ABŞ dolları dəyərində (13 % az) 35 min 125 ton (19 % az), Belarusdan 2 milyon ABŞ dolları dəyərində (42 % az) 2 min 876 ton (51 % az), Türkiyədən 971 min ABŞ dolları dəyərində (17 % az) 750 ton (25 % az), Çindən 546 min ABŞ dolları dəyərində (92 % çox) 554 ton (87 % çox) material alıb.
Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Ukraynadan (245 min ABŞ dolları dəyərində 338 ton) tədarükü bərpa edib.