Azərbaycan üç ölkədən sement idxalını bərpa edib

Biznes
  • 28 noyabr, 2022
  • 06:53
Azərbaycan üç ölkədən sement idxalını bərpa edib

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 23,935 milyon ABŞ dolları dəyərində 516,012 min ton sement ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Gürcüstana 23,935 milyon ABŞ dolları dəyəridə (bir il əvvəlki göstəricidən 44 %) 516 min ton (+15 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,16 min ABŞ dolları dəyərində 1,5 ton, Almaniyaya 0,06 min ABŞ dolları dəyərində 0,1 ton və Türkiyəyə 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Altı il 2 aylıq aradan sonra Almaniyaya tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana 4,173 milyon ABŞ dolları dəyərində (+50 %) 22 min 443 ton (+34 %) sement idxal edilib.

Rusiyadan 2,687 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40,2 % çoxdur) 13 min 044 ton (+26 %), İrandan 686 min ABŞ dolları dəyərində (+40 %) 5 min 836 ton (+33 %), Türkiyədən 567,24 min ABŞ dolları dəyərində (+54 %) 2 min 749 ton (+39 %), Almaniyadan 222,72 min ABŞ dolları dəyərində 810 ton (tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 5,23 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,38 ton (+38 dəfə) məhsul alınıb.

Altı il 6 ayın tamanında Avstriyadan, 4 il 3 aylıq fasilənin ardından İtaliyadan, 4 il 1 aydan sonra Niderlanddan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,34 min ABŞ dolları dəyərində 0,5 ton, 1,68 min ABŞ dolları dəyərində 2,8 ton, 0,35 min ABŞ dolları dəyərində 0,02 ton sement gətirilib.