Azərbaycan üç ölkədən qızılgül tədarükünü kəskin artırıb
- 24 dekabr, 2022
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 3,141 milyon ABŞ dolları dəyərində 2,459 milyon ədəd qızılgül gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,9 %, kəmiyyət olaraq – 10,1 % azdır.
Hesabat dövründə Ekvadordan 2,276 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 1,733 milyon ədəd (-17 %), Kolumbiyadan 431,57 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 294,59 min ədəd (+76 %), Niderlanddan 163 min ABŞ dolları dəyərində (+8 %) 163,53 min ədəd (-11,4 %), Keniyadan 129,24 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 132,32 min ədəd (+2,9 dəfə), Almaniyadan 78,24 min ABŞ dolları dəyərində (+2 dəfə) 78,19 min ədəd (+2,5 dəfə) məhsul idxal edilib.
Qeyd edək ki, ötən il xaricdən (13 ölkədən) aldığımız 3,1 milyon ədəd qızılgülün 75 %-i Ekvadorun payına düşüb.