Azərbaycan üç ölkədən qələm idxalını bərpa edib

Biznes
  • 12 sentyabr, 2022
  • 08:24
Azərbaycan üç ölkədən qələm idxalını bərpa edib

Bu ilin I yarısında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində 20,145 milyon ədəd qələm idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,5 %, kəmiyyət olaraq – 29 % çoxdur.

Hesabat dövründə Çindən 629 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 12,881 milyon ədəd (+22,2 %), Hindistandan 202,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 3,924 milyon ədəd (+30,6 %), Türkiyədən 166,1 min ABŞ dolları dəyərində (+33 %) 2,575 milyon ədəd (+44 %), İsveçrədən 128 min ABŞ dolları dəyərində (+35 dəfə) 108 min ədəd (+597 dəfə), Yaponiyadan 54 min ABŞ dolları dəyərində (+87,8 %) 32,9 min ədəd (+22,2 %) məhsul gətirilib.

İki il 3 ayın tamamında Çilidən, 2 illik fasilənin ardından İrandan, 1 il 5 aylıq aradan sonra Braziliyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,01 min ABŞ dolları dəyərində 0,01 min ədəd, 0,2 min ABŞ dolları dəyərində 0,05 min ədəd, 0,1 min ABŞ dolları dəyərində 0,1 min ədəd qələm alınıb.